Futbol üzrə Türkiyə çempionatının altıncı turunun birinci gününün qarşılaşmasında “Kasımpaşa” öz meydanında “Göztəpə”ni qəbul edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qalib müəyyənləşməyib.
Turun digər oyunları aşağıdakılardır:
“Qaziantep” - “Konyaspor”;
“Ərzurumspor” – “Qalatasaray”;
“Başakşəhər” – “Antalyaspor”;
“Yeni Malatyaspor” – “Gənclərbirliyi”;
“Alanyaspor” – “Fatih Karagümrük”;
“Fənərbağça” – “Trabzonspor”;
“Dənizlispor” – “Beşiktaş”;
“Sivasspor” – “Rizəspor”.
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. Beşinci turda “Kayserispor” istirahət edir.
Hazırda çempionatın turnir cədvəlinə 13 xalla "Alanyaspor" başçılıq edir. Ondan iki xal geri qalan "Fənərbağça" ikinci, 8 xala malik “Fatih Karagümrük” isə üçüncü pillədə qərarlaşıb.