“Rusiya 2018”: Üçüncü yer uğrunda Belçika və İngiltərə milliləri qarşılaşırlar

A- A A+

İyulun 14-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatında üçüncü yer uğrunda Belçika və İngiltərə yığma komandaları qarşılaşırlar.

NUHÇIXAN xəbər verir ki, Sankt-Peterburq şəhər stadionunda oynanılan görüşdə Belçika millisinin start heyətində Tibo Kurtua, Tobi Alderveyreld, Vensan Kompani, Yan Vertonqer, Youri Telemans, Aksel Vitsel, Tomas Mounye, Naser Şadli, Kevin De Brüyne, Eden Hazard və Romelu Lukaku yer alıblar.

İngiltərə millisinin ilk onbirliyində isə meydana Cordan Pikford, Harri Maquir, Con Stouns, Fil Couns, Erik Dayer, Fabian Delf, Ruben Loftus-Çik, Danni Rous, Kieran Trippier, Harri Keyn və Rahim Sterlinq çıxıblar.

Oyunu iranlı referi Əlireza Faqani idarə edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: