Futbol üzrə Azərbaycan milli komandasının ev oyunlarının neytral meydanda keçirilməsi barədə UEFA-nın müvafiq qərarına uyğun olaraq, millimizin növbəti matçının təşkil olunacağı məkan müəyyənləşib.
NUHÇIXAN İnformasiya Agentliyi AFFA-ya istinadla xəbər verir ki, UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 14-də Azərbaycan və Monteneqro milli komandaları Xorvatiyanın Zapreşiç şəhərindəki “Ivan Laljak-Ivić” stadionunda qarşılaşacaqlar.