Bakıda futvolley üzrə açıq beynəlxalq turnirin finalçıları müəyyənləşib

A- A A+

Bakıda futvolley üzrə açıq beynəlxalq turnirin finalçıları müəyyənləşib.

NUHÇIXAN xəbər verir ki, turnirin yarımfinal mərhələsində Braziliya millisi Hollandiyanı, Avstriya yığması isə İranı 2:0 hesabı ilə məğlub edib.

Beləliklə, bürünc medal uğrunda görüşdə Hollandiya və İran yığmaları, həlledici qarşılaşmada isə Braziliya və Avstriya komandaları üz-üzə gələcəklər.

Qeyd edək ki, Azərbaycan millisi turniri beşinci pillədə başa vurub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: