Oktyabrın 31-də futbol üzrə Türkiyə çempionatının yeddinci turunun ikinci gününün qarşılaşmasında "Qalatasaray" öz meydanında "Ankaragücü"nü qəbul edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, "Türk Telecom" stadionunda baş tutan görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə bitib. Oyunda yeganə qolu 45-ci dəqiqədə Rayan Babel vurub.
Beləliklə, "Qalatasaray" qazandığı qələbə sayəsində yenidən turnir cədvəlinin üçüncü pilləsinə yüksəlib.
Günün digər "Gənclərbirliyi" - "Qaziantep" matçında qalib müəyyənləşməyib - 1:1.
Turun digər oyunları aşağıdakılardır:
"Rizəspor" - "Kayserispor";
"Konyaspor" - "Başakşəhər"
"Beşiktaş" - "Yeni Malatyaspor";
"Antalyaspor" - "Fənərbağça";
"Hatayspor" - "Sivasspor".
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. Beşinci turda "Dənizlispor" istirahət edir.
Hazırda çempionatın turnir cədvəlinə 16 xalla "Alanyaspor" başçılıq edir. Ondan iki xal geri qalan "Fənərbağça" ikinci, 13 xala malik "Qalatasaray" isə üçüncü pillədə qərarlaşıb.