Türkiyə Superliqasının yeddinci turunda “Antalyaspor” üzərində 2:1 hesablı qələbə (2:1) “Fənərbağça" üçün əlamətdar olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İstanbul klubu 2011-2012-ci il mövsümündən bəri ilk dəfə Superliqada ilk yeddi oyundan məğlubiyyətsiz ayrılıb.
Qeyd edək ki, “Fənərbağça” cari mövsümdə keçirdiyi 7 oyundan 5-də qalib gəlib, 2 görüşdə heç-heçə edib. Hazırda 17 xalla lider olan komanda 2011-2012-ci il mövsümündə də bu qədər xal toplayıb. Həmin mövsümdə “Fənərbağça”nın ilk məğlubiyyəti 10-cu tura təsadüf edib.