İspaniyanın “Real Madrid” klubu xeyli müddətdir gəzən şayiələrə son qoyub.
NUHÇIXAN xəbər verir ki, Madrid təmsilçisi Braziliya millisi və PSJ-nin futbolçusu Neymarı transfer edəcəklərinə dair xəbərləri təkzib edib.
“PSJ-nin futbolçusu Neymar və klubumuzla bağlı şayiə dolu xəbərlərin çoxluğunu nəzərə alaraq, “Real Madrid” klubunun rəhbərliyi məsələyə aydınlıq gətirərək bəyan edir ki, sözügedən oyunçunun transferi ilə bağlı heç bir təklif irəli sürmək planlaşdırılmır. “Real Madrid” və PSJ arasında yaxşı münasibətlər var. Bu səbəbdən də oyunçunu transfer etmək istəsək, ilk növbədə onun klubuna müraciət edərik”, – deyə klubun prezidenti Flarentino Peres bildirib.
Son günlərdə “Real Madrid”in 26 yaşlı braziliyalının transferi üçün əlindən gələni etdiyinə dair xəbərlər dolaşırdı. Hətta Madrid klubunun prezidenti Florentino Peresin Neymarın atası (eyni zamanda meneceri) ilə görüşdüyü də iddia edilirdi.