Noyabrın 4-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin növbəti oyunlarına start verilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, günün birinci oyunlarında İstanbulun "Başakşəhər" klubu İngiltərənin "Mançester Yunayted" komandası ilə üz-üzə gəlib. Gərgin keçən görüşə meydan sahibləri fəal başlayıblar. Matçın 13-cü dəqiqəsində Demba Ba hesabı açıb. Oyunun 40-cı dəqiqəsində istanbulluların yarımmüdafiəçisi Edin Viska komandasının ikinci qoluna imza atıb. Cəmi üç dəqiqə sonra Mançester təmsilçisinin hücumçusu Antoni Martial vurulan qollardan birinin əvəzini çıxıb. Bu qoldan sonra tərəflər cəhd göstərsələr də, heç biri fərqlənməyi bacarmayıblar.
Beləliklə, "Başakşəhər" doğma meydanda "Mançester Yunayted"i məğlub edib.
Bu oyunla eyni vaxta start götürən "Zenit" – "Latsio" matçında qalib müəyyənləşməyib – 1:1.
Günün digər oyunları aşağıdakılardır.
"Çelsi" – "Renn";
"Sevilya" – "Krosnadar";
"Brugge" – "Borrusiya Dortmund";
"Barselona" – "Dinamo Kiyev";
"Ferençvaroş" – "Yuventus";
"Leyptsiq" – "Paris Sen-Jermen";
Bu matçlarda hazırda start fiti verilib.