UEFA Çempionlar Liqasının qrup mərhələsinin növbəti oyunları keçirilib

A- A A+

Noyabrın 4-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin növbəti oyunları keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, doğma meydanda Ukraynanın "Dinamo Kiyev" komandasını qəbul edən "Barselona" oyundan qalib ayrılıb.

Kataloniyalılar rəqibi 2:1 hesabı ilə məğlub ediblər. Meydan sahiblərinin heyətində 5-ci dəqiqədə on bir metrlik cərimə zərbəsindən Lionel Messi və 65-ci dəqiqədə Cerard Pike fərqləniblər. Qonaqların yeganə qolunu isə Viktor Çıqankov vurub.

Günün digər matçlarının nəticələri aşağıdakılardır.

"Çelsi" – "Renn" – 3:0;

"Sevilya" – "Krosnadar" – 3:2;

"Brugge" – "Borrusiya Dortmund" – 0:3;

"Ferençvaroş" – "Yuventus" – 1:4;

"Leyptsiq" – "Paris Sen-Jermen" – 2:1;

Qeyd edək ki, günün erkən keçirilmiş "Başakşəhər" –Mançester Yunayted" oyununda Türkiyə təmsilçisi 2:1 hesabı ilə rəqibini üstələyib. "Zenit" –"Latsio" matçında isə qalib müəyyənləşməyib – 1:1.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: