Kəngərli stadionu yenidən qurulur - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Kəngərli rayonunun mərkəzi stadionunda yenidənqurma işlərinə start verilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, stadionun suvarma sistemi yenidən  bərpa olunacaq. Yenidənqurma işlərinə oturacaqların təzələnməsi, mövcud bardurların bərpası, tamaşaçılar üçün nəzərdə tutulan sahədə kilid daşlarının təzələnməsi də daxildir. Bundan başqa stadionun ətrafında olan ad göstəriciləri, stadionda mövcud olan sadə tipli idman qurğuları, basketbol və voleybol üçün nəzərdə tutulmuş meydançalar da bərpa olunacaq.

 Stadionda komandalar üçün oturacaq kabinləri də quraşdırılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: