Futbol üzrə Türkiyə çempionatının VIII turunun birinci gün qarşılaşmasında "Beşiktaş" səfərdə "Qaziantep"in qonağı olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, gərgin keçən görüşdə hesabı meydan sahiblərinin yarımmüdafiəçisi Kevin Mirallas açıb. Matçın 55-ci dəqiqəsində istanbulluların futbolçusu Ersin Destanoğlu qımızı vərəqə alaraq komandasını azlıqda qoyub. Cəmi 6 dəqiqə sonra İstanbul klubu hesaba tarazlıq gətirib. Kail Larin komandasının bərabərlik qoluna imza atıb. Lakin "Qaziantep" 63-cü dəqiqədə Muhammed Dəmirin vurduğu qol sayəsində hesabda yenidən irəli keçib. Görüşün son dəqiqələrində isə Kənan Özər meydan sahiblərinin üçüncü qolunun müəllifi olub.
Beləliklə, "Beşiktaş" səfərdə "Qaziantep"ə 3:1 hesabı ilə məğlub olub.
Turun digər oyunları aşağıdakılardır:
"Kasımpaşa" – "Antalyaspor";
"Alanyaspor" – "Trabzonspor";
"Ərzurumspor" – "Göztəpə";
"Fənərbağça" – "Konyaspor";
"Ankaragücü" – "Fatih Karagümrük";
"Yeni Malatyaspor" – "Dənizlispor";
"Başakşəhər" - "Gənclərbirliyi";
"Kayserispor" - "Hatayspor";
"Qalatasaray" – "Sivasspor".
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. Beşinci turda "Rizəspor" istirahət edib. Hazırda çempionatın turnir cədvəlinə oyun fərqi ilə 17 xalla "Fənərbağça" başçılıq edir. Ondan bir xal geri qalan "Alanyaspor" ikinci, 13 xala malik "Qalatasaray" isə üçüncü pillədə qərarlaşıb.