İşğaldan azad olunmuş şəhər və rayonları təmsil edən futbol komandaları yaradılacaq.
NUHÇIXAN İnformasiya Agentliyi AFFA-ya istinadla xəbər verir ki, müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuş Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarını və Şuşa şəhərini təmsil edən komandalar növbəti mövsümdən Region Liqası turnirində iştirak edəcək.