Noyabrın 8-də futbol üzrə Türkiyə çempionatının VIII turunun sonuncu gün qarşılaşmasında "Qalatasaray" səfərdə "Sivasspor"un qonağı olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, gərgin keçən görüşün 19-cu dəqiqəsində qonaqların yarımmüdafiəçisi Yunis Belhanda hesabı açıb. Matçın 48-ci dəqiqəsində isə Arda Turan komandasının ikinci qolunu vurub. Qarşılaşmanın 76-cı dəqiqəsində Sivas təmsilçisinin müdafiəçisi Caner Osmanpaşa vurulan qollardan birinin əvəzini çıxsa da, meydan sahiblərinin bundan artığına gücləri çatmayıb. Beləliklə, "Qalatasaray" səfərdə "Sivasspor"u 2:1 hesabı ilə məğlub edib.
Günün digər oyunlarında "Başakşəhər" doğma meydanda "Gənclərbirliyi"ni 2:1 hesabı ilə üstələyib. "Hatayspor" isə səfərdə "Kayserispor" minimal hesabla məğlub edib. "Ankaragücü" – "Fatih Karagümrük" matçında hesab (2:2) bərabərliklə bitib. "Yeni Malatyaspor" öz meydanında "Dənizlispor"un qapısından üç cavabsız qol keçirib.
Hazırda çempionatın turnir cədvəlinə 17 xalla "Alanyaspor" başçılıq edir. Onunla eyni xala malik olan "Fənərbağça" ikinci, 16 xal toplayan "Qalatasaray" isə üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. Beşinci turda "Rizəspor" istirahət edib.