Sloveniya–Azərbaycan oyununu idarə edəcək hakimlər müəyyənləşib

A- A A+

Beynəlxalq yoldaşlıq oyunu çərçivəsində keçiriləcək Sloveniya–Azərbaycan oyununu idarə edəcək hakimlər müəyyənləşib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, noyabrın 11-də Lyublyanada Bakı vaxtı ilə saat 23:45-də başlayacaq və CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq qarşılaşmanı Macarıstandan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Ferenc Karako olacaq. Ona həmyerliləri Peter Kobor və İstivan Albert kömək edəcəklər. Dördüncü hakim funksiyasını David Smayç yerinə yetirəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: