Sloveniya-Azərbaycan oyununda qalib müəyyənləşməyib - FOTOLAR

A- A A+

Noyabrın 11-də futbol üzrə Sloveniya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Lyublyana şəhərindəki "Stojitse" stadionunda təşkil olunan matçda millimizin start heyətində meydana Emil Balayev, Anton Krivotsyuk, Maksim Medvedev, Bədavi Hüseynov, Təmkin Xəlilzadə, Amin Seydiyev, Vüqar Mustafayev, İsmayıl İbrahimli, Azər Salahlı, Mahir Emreli və Tellur Mütəllimov çıxıblar.

Sloveniya seçməsinin ilk on birliyində isə Vid Belets, Neyts Skubiç, Mario Yurçeviç, Kenan Bayriç, Mixa Mevlya, Yasmin Kurtiç, Sandi Lovriç, Qnezda Çerin, Mixa Zayts, Tim Matavj və Yosib İliçiç yer alıblar.

Macarıstanlı baş hakim Ferenc Karakonun idarə etdiyi oyunda hesab açılmayıb.

Azərbaycan yığması tarixində ilk dəfə Sloveniya ilə üz-üzə gəlib. Milli bu rəqiblə seçmə mərhələlərdə və yoldaşlıq oyunlarında qarşılaşmayıb.

Qeyd edək ki, Azərbaycan yığması noyabrın 14-də Monteneqro, üç gün sonra isə Lüksemburqla UEFA Millətlər Liqasının qrup mərhələsində son oyunlarında üz-üzə gələcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: