Naxçıvan Dövlət Universiteti tələbələrinin “Yay məktəbi” yekunlaşıb - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, iyulun 14-dən 17-dək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Naxçıvan Dövlət Universitetinin, Həmkarlar İttifaqları Şurası, Yeni Azərbaycan Partiyasının Naxçıvan Muxtar Respublika Təşkilatının iştirakı ilə Naxçıvan Dövlət Universitetinin 50-dək fəal tələbəsi Ağbulaq istirahət mərkəzində olub.

Tələbələrin  asudə vaxtlarının səmərəli keçməsi məqsədilə Yay məktəbi çərçivəsində əyləncəli oyun və viktorinalar təşkil edilib. Şahbuz Rayon Mədəniyyət Evi kollektivinin tələbələr qarşısında konserti olub. Tələbələr Ağbulaq kəndi ilə tanış olublar.  Həmçinin  gənclər  “Girdab”, “Əhməd haradadır” bədii filmlərinə və  aprel döyüşlərindən bəhs edən sənədli filmə  baxıblar. Məktəb iştirakçıları “Xəmsə” Milli İntellektual və “Oxunması zəruri olan kitablar” əsasında hazırlanan Nə? Harada? Nə zaman? oyunları ilə öz biliklərini sınayıb, voleybol, futbol və stolüstü idman növlərində bacarıqlarını  nümayiş etdiriblər. Keçirilən yarışlarda qalib olan iştirakçılara fəxri fərmanlar və sertifikatlar verilib.

Qeyd edək ki, növbəti Yay məktəbi iyulun 19-22-də Naxçıvan Müəllimlər İnstitutunun tələbələri üçün təşkil olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: