Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyunu keçirir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda V turunda Monteneqronu qəbul edir.
C Liqasının birinci qrupundakı qarşılaşma ölkədəki hərbi vəziyyətlə əlaqədar Xorvatiyanın Zapreşiç şəhərindəki “Ivan Laljak-Iviç” stadionunda təşkil olunur.
Oyunu Rusiyadan olan hakimlər briqadası idarə edir. Qarşılaşma “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanır.