Futbol üzrə İspaniya millisinin və "Real Madrid" klubunun futbolçusu Serxio Ramos yeni rekorda imza atıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 34 yaşlı müdafiəçi buna UEFA Millətlər Liqasının 5-ci turunda İsveçrə ilə matçda nail olub. O, həmin oyunda iştirak etməklə yığmanın heyətində çıxdığı qarşılaşmaların sayını 177-yə çatdırıb. Bu isə Avropada milli komandalar üçün yeni rekord sayılır.
Bunadək ən yüksək göstərici İtaliya yığmasında 176 oyun keçirən Canluici Buffona məxsus idi.
Qeyd edək ki, İsveçrə - İspaniya görüşü 1:1 hesablı heç-heçə ilə başa çatıb.