Azərbaycan millisi UEFA Millətlər Liqasında son qarşılaşmasını keçirəcək

A- A A+

Noyabrın 17-də futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Canni De Byazinin rəhbərliyi altında yığmamız son oyununda Lüksemburq millisi ilə qarşılaşacaq. Azərbaycan komandası hazırda 5 xalla 3-cü sırada qərarlaşıb. Rəqib komanda isə 9 xalla 2-ci yeri tutur.

Lüksemburqun "Jozi Bartel" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. Oyunu almaniyalı baş hakim Feliks Zvayer idarə edəcək.

Qeyd edək ki, Azərbaycan yığması rəqib komandaya Bakıdakı görüşdə 1:2 hesabı ilə məğlub olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: