İngiltərənin “Mançester Yunayted” klubu İtaliyanın “İnter” və Almaniyanın “Ayntraxt” klubunun oyunçularını transfer etmək niyyətindədir.
NUHÇIXAN xəbər verir ki, söhbət Ante Rebiç və İvan Perisiçdən gedir.
“Mançester Yunayted” klubunun baş məşqçisi Joze Maurinyo dünya çempionatından sonra hər iki oyunçunun mundialı yüksək səviyyədə keçirdiyi üçün heyətə qatmaq qərarına gəlib.
Hər iki futbolçuya görə, “Mançester Yunayted” 104 milyon avro ödəməyə hazırdır.
“Transfermarkt” Perisiçi 45 milyon, Rebiçi isə 30 milyon dəyərləndirir.
Rusiyada keçirilən dünya çempionatında İvan Perisiç 3 qolla, Ante Rebiç isə 1 qolla və 2 məhsuldar ötürmə ilə yadda qalıb.