Çexiyanın paytaxtı Praqada start götürən Avropa çempionatının son günündə Azərbaycanın 5 cüdoçusu mübarizə aparacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qitə çempionatında kişilər arasında Məmmədəli Mehdiyev (90 kq) niderlandlı Yesper Smink, Zelim Kotsoyev polşalı Oleksii Lysenko, Elmar Qasımov (hər ikisi 100 kq) avstraliyalı Aaron Fara, Uşangi Kokauri (100 kiloqramdan yuxarı) rusiyalı Tamerlan Başayev və macarıstanlı Riçard Sipoç cütünün qalibi ilə döyüşəcəklər.
Qadın cüdoçuların yarışında isə İrina Kindzerska (78 kiloqramdan yuxarı) ilk qarşılaşmasını dörddəbir finalda ispaniyalı Sara Alvarez və serbiyalı Milisa Zabiç cütünün qalibinə qarşı keçirəcək.
Avropa çempionatına 40 ölkədən 355 cüdoçu qatılıb.