FIFA-nın “The Best” mükafatının təqdimetmə mərasimi dekabrda keçiriləcək

191

FIFA-nın “The Best” mükafatının təqdimetmə mərasimi dekabrın 17-də keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi FIFA-nın rəsmi saytına istinadla xəbər verir ki, koronavirus pandemiyası səbəbindən tədbir ilk dəfə onlayn təşkil ediləcək.

Qeyd edək ki, tədbirdə ən yaxşı kişi və qadın futbolçular, həmçinin baş məşqçilərin adına aydınlıq gələcək. Bununla yanaşı, ən yaxşı kişi və qadın qapıçılar, eləcə də, "Feyr pley" mükafatının və ən yaxşı qolun sahibi müəyyənləşəcək.

Səsvermə noyabrın 25-dən dekabrın 9-dək keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: