“Alanyaspor” qazandığı qələbə sayəsində turnir cədvəlinin lideri olub

A- A A+

Noyabrın 22-də futbol üzrə Türkiyə çempionatının IX turunun ikinci gün qarşılaşmasında "Alanyaspor" səfərdə "Antalyaspor"un qonağı olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, gərgin keçən görüşdə qonaqlar rəqibinin qapısından iki cavabsız qol keçiriblər. Alanya təmsilçisinin qollarını Salih Ucan (55) və Berkan Kutlu (84) vurub.

Beləliklə, "Alanyaspor" səfərdə qazandığı qələbə sayəsində yenidən turnir cədvəlinin lideri olub.

Günün digər oyunlarında "Trabzonspor" doğma meydanda "Ərzurumspor"u minimal hesabla məğlub edib. "Konyaspor" isə doğma divarlar arasında "Kasımpaşa"nı 2:1 hesab ilə üstələyib. Paytaxt təmsilçisi "Ankaragücü" isə səfərdə "Göztəpə"yə 3:1 hesabı ilə uduzub. "Hatayspor" – "Rizəspor" matçında hesab 2:2 bərabərliklə bitib.

Tura "Qalatasaray" – "Kayserispor" matçı ilə yekun vurulacaq.

Hazırda çempionatın turnir cədvəlinə 20 xalla "Alanyaspor" başçılıq edir. Onunla eyni xala malik olan "Fənərbağça" ikinci, 16 xal toplayan "Qalatasaray" isə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. Doqquzuncu turda "Yeni Malatyaspor" istirahət edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: