Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin altıncı turuna start verilir

A- A A+

Noyabrın 24-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin altıncı turuna start veriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 qarşılaşma oynanılacaq. Bu turun görüşlərində bəzi klublar növbəti mərhələyə vəsiqəni vaxtından əvvəl təmin edə bilərlər.

Türkiyənin turnirdəki yeganə təmsilçisi, H qrupunda mübarizə aparan “Başakşəhər” komandası ötən tur İstanbulda 2:1 hesabı ilə qalib gəldiyi “Mançester Yunayted” klubunun qonağı olacaq.

Günün digər qarşılaşmaları aşağıdakılardır:

E qrupu

“Krasnodar” (Rusiya) - “Sevilya” (İspaniya);

“Renn” (Fransa) - “Çelsi” (İngiltərə).

Qrupda vəziyyət: “Çelsi” - 7, “Sevilya” - 7, “Krasnodar” - 1, “Renn” - 1.

F qrupu

“Latsio” (İtaliya) - “Zenit” (Rusiya);

“Borussiya” (Dortmund, Almaniya) - “Brügge” (Belçika).

Qrupda vəziyyət: “Borussiya” - 6, “Latsio” - 5, “Brügge” - 4, “Zenit” - 1

G qrupu

“Dinamo” (Kiyev, Ukrayna) - “Barselona” (İspaniya);

“Yuventus” (İtaliya) - “Ferensvaroş” (Macarıstan).

Qrupda vəziyyət: “Barselona” - 9, “Yuventus” - 6, “Dinamo” - 1, "Ferensvaroş" - 1

H qrupu

“Mançester Yunayted” (İngiltərə) - “Başakşəhər” (Türkiyə);

“Paris Sen-Jermen” (Fransa) - “Leypsiq” (Almaniya).

Qrupda vəziyyət: “Mançester Yunayted” - 6, “Leyptsiq” - 6, “Paris Sen-Jermen” - 3, “Başakşəhər” - 3.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: