"Qarabağ" növbəti mərhələdə

A- A A+

Bu gün Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Qarabağ" Bakıda Sloveniyanın "Olimpiya" klubunu qəbul edib.

NUHÇIXAN-ın məlumatına görə, səfərdə keçirdiyi ilk oyunda minimal hesabla qalib gələn Ağdam təmsilçisi Bakıda "Tofiq Bəhramov" stadionunda "Olimpiya" ilə heç-heçə edib. İki oyunun ümumi nəticəsinə görə, "Qarabağ" futbol klubu Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə yüksəlib.

Qeyd edək ki, "Qarabağ"ın növbəti mərhələdə rəqibi Albaniyanın "Kukesi" komandası olacaq.
Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: