Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyunçunun beyin sarsıntısı keçirmə şübhəsi olduqda əlavə əvəzetmə tətbiq edilməsi variantını müzakirə edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi IFAB-nin rəsmi saytına istinadən xəbər verir ki, qurum bu yeniliyin dərhal sınaqdan keçirilməsinin və dekabrın 16-dakı illik iclasda təsdiqlənmə ehtimalının lehinə çıxış ediblər.
Həmçinin koronavirus pandemiyası dövründə beş əvəzetmə qərarının qüvvədə saxlanılmasını müdafiə edən qurum VAR sisteminin texnologiyasını büdcəsi məhdud olan liqalar və federasiyalar üçün daha əlçatan etmək barədə düşünür.