Noyabrın 24-də UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura start verilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 qarşılaşma oynanılıb.
Türkiyənin turnirdəki yeganə təmsilçisi, H qrupunda mübarizə aparan “Başakşəhər” komandası ötən tur İstanbulda 2:1 hesabı ilə qalib gəldiyi “Mançester Yunayted” klubuna bu dəfə səfər matçında 4:1 hesabla məğlub olub.
Günün digər qarşılaşmalarında aşağıdakı hesablar qeydə alınıb:
E qrupu
“Krasnodar” (Rusiya) - “Sevilya” (İspaniya) - 1:2;
“Renn” (Fransa) - “Çelsi” (İngiltərə) - 1:2.
Qrupda vəziyyət: “Çelsi” - 10, “Sevilya” - 10, “Krasnodar” - 1, “Renn” - 1.
F qrupu
“Latsio” (İtaliya) - “Zenit” (Rusiya) - 3:1;
“Borussiya” (Dortmund, Almaniya) - “Brügge” (Belçika) - 3:0.
Qrupda vəziyyət: “Borussiya” - 9, “Latsio” - 8, “Brügge” - 4, “Zenit” - 1
G qrupu
“Dinamo” (Kiyev, Ukrayna) - “Barselona” (İspaniya) - 0:4;
“Yuventus” (İtaliya) - “Ferensvaroş” (Macarıstan) - 2:1.
Qrupda vəziyyət: “Barselona” - 12, “Yuventus” - 9, “Dinamo” - 1, "Ferensvaroş" - 1
H qrupu
“Mançester Yunayted” (İngiltərə) - “Başakşəhər” (Türkiyə) - 4:1;
“Paris Sen-Jermen” (Fransa) - “Leyptsiq” (Almaniya) - 1:0.
Qrupda vəziyyət: “Mançester Yunayted” - 9, “Leyptsiq” - 9, “Paris Sen-Jermen” - 3, “Başakşəhər” - 3.