"Qarabağ" Türkiyəyə yollanıb

A- A A+

"Qarabağ" komandası Avropa Liqasının qrup mərhələsinin IV turunda "Sivasspor"la matç üçün Türkiyəyə yola düşüb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Ağdam təmsilçisi İstanbul şəhərinə yollanıb.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün Bakı vaxtı ilə saat 20:00-da mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq. Saat 20:30-da isə komanda matçın keçiriləcəyi "Başakşəhər Fatih Terim" stadionunda son məşqinə çıxacaq.

Qeyd edək ki, "Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-da Türkiyədə baş tutacaq. İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir. Komandalar arasındakı III tur matçında "Sivasspor" öz meydanında 2:0 hesablı qələbə qazanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: