"Qalatasaray" klubunun prezidenti şəhidimizdən danışdı

A- A A+

Türkiyənin "Qalatasaray" klubunun prezidenti İkinci Qarabağ müharibəsində şəhid olmuş Fərid Dursunov barədə danışıb.

NUHÇIXAN İnformasiya Agentliyi İHA agentliyinə istinadən xəbər verir ki, 71 yaşlı funksioner bu ifadələri işlədib:

"Komandaya azarkeşlik etmək izah olunmayan bir hissdir. Yağışda, palçıqda matça gələn insanlar var. Fərid Dursunovun atası ilə danışdım. Bakıdan çox uzaq yerdə yaşayırlar. Allah heç kimə övlad acısı verməsin. Sıra ilə ölüm versin. Atəş düşdüyü yeri yandırar. Atası Fazil bəy ilə danışdım, çox sevindi. Eyni duyğuları mən də yaşadım. "Övladım yaşasaydı, çox xoşbəxt olardı" dedi. Bu bir tutqudur. İnsan sadəcə maddi şeylərlə yaşaya bilməz. Bu şəhidimiz bizi çox duyğulandırdı. Milli duyğuları bir araya gətirdi. Nur içində yatsın. Allah qəni-qəni rəhmət eləsin".

Qeyd edək ki, daha əvvəl "Qalatasaray" klubu Fərid Dursunov və Murad Məmmədovla bağlı paylaşım edib. Dursunov vəfat etməzdən əvvəl “Şəhid olsam, məzarımda "Qalatasaray" bayrağı da olsun" ifadəsini işlədib.

Məmmədovun isə səs yazısı yayılıb. O, həmin səs yazısında bu ifadələri işlədib: "Bu, "Qalatasaray" sevgisidir, əzizim. Bitən deyil. Mənimlə qəbr evinə qədər gedəcək".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: