Məşhur futbolçu Dieqo Maradona vəfat edib

A- A A+

Argentina yığma komandasının keçmiş hücumçusu və məşqçisi, dünya şöhrətli futbolçu Dieqo Armando Maradona vəfat edib.

NUHÇIXAN İnformasiya Agentliyi Clarin nəşrinə istinadla xəbər verir ki, 60 yaşlı Maradonanın ürəyi bu gün dayanıb.

Nəşrin məlumatına görə, noyabrın 2-də veteran futbolçu La-Plata şəhərində xəstəxanaya yerləşdirilmişdi. Həkiminin dediyinə görə, argentinalı öz istəyi ilə tibbi müayinədən keçirilmiş, onda xəstəlik aşkarlanmışdı. Bundan sonra Maradonanın üzərində uğurlu cərrahiyyə əməliyyatı aparılmış, noyabrın 12-də o, xəstəxanadan evə buraxılmışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: