Azərbaycan şahmatçıları Qazaxıstan yığması ilə görüşdə heç-heçə ediblər

A- A A+

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkilatçılığı ilə keçirilən onlayn Paralimpiadanın 5-ci turuna yekun vurulub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 5-ci turda komandamızın Qazaxıstan yığması ilə qarşılaşması 2:2 hesabı ilə başa çatıb. Ötən turların yekunlarına əsasən, yığmamız 5 xalla 27-ci sırada qərarlaşıb. Əvvəlki turlarda şahmatçılarımız Monqolustan və Kosta-Rika təmsilçiləri üzərində qələbə qazanıb, Hindistan və Çili yığmalarına məğlub olublar.

Yeddi turdan ibarət yarış İsveçrə sistemi üzrə keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: