“Skillinq Open” turniri: Teymur Rəcəbov yarımfinala doğru irəliləyir

A- A A+

Azərbaycan qrossmeysteri Teymur Rəcəbov “Skillinq Open” onlayn şahmat superturnirinin dörddəbir final mərhələsinə uğurla start verib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, noyabrın 26-da Bakı vaxtı ilə saat 22:30-da başlayacaq amerikalı Uesli So ilə cavab matçında T.Rəcəbov məğlub olmayacağı təqdirdə birbaşa yarımfinala yüksələcək.

Qeyd edək ki, şahmatçımız ilk görüşündə U.Soya 2,5:0,5 hesabla qalib gəlib.

Digər matçlarda Aniş Giri (Niderland) Maqnus Karlsen (Norveç), Hikaru Nakamura (ABŞ) Maksim Vaşe-Laqrav (Fransa), Yan Nepomnyaşi (Rusiya) Levon Aronyanla (Ermənistan) qarşılaşacaqlar.

Dünya çempionu Maqnus Karlsenin təşkilatçılığı ilə baş tutan turnir “Champions Chess Tour” seriyasına aiddir. Turnirin mükafat fondu 1,5 milyon dollardır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: