Mahir Emreli “Beşiktaş”a təklif edilib

A- A A+

Futbol üzrə Azərbaycan millisinin və “Qarabağ” klubunun üzvü Mahir Emreli Türkiyənin “Beşiktaş” komandasına təklif edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu iddia ilə Türkiyə mətbuatı çıxış edib. İstanbul təmsilçisinin baş məşqçisi Sergen Yalçın 23 yaşlı hücumçunu bəyənsə də, iki klub arasında danışıq olmayıb.

Qeyd edək ki, M.Emreli Azərbaycan Premyer Liqasında 10 turdan sonra 6 qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: