Şahmatçılarımız onlayn paralimpiadada Şimali Makedoniya yığması ilə qarşılaşıblar

A- A A+

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkilatçılığı ilə onlayn paralimpiadanın 6-cı turunun oyunları keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 6-cı turda Azərbaycan komandası Şimali Makedoniya yığması ilə mübarizə aparıb. Aydın Şahpələngov, Gennadi Gelman, Həbibulla Ağalarov, Nadejda Belyayevadan ibarət yığmamız rəqib komandaya 3:1 hesabı ilə məğlub olub.

Qeyd edək ki, ötən turlarda şahmatçılarımız Monqolustan və Kosta-Rika təmsilçiləri üzərində qələbə qazanıb, Qazaxıstan yığması ilə heç-heçə edib, Hindistan və Çili komandalarına məğlub olublar.

Yeddi turdan ibarət yarış İsveçrə sistemi üzrə keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: