Türkiyə Superliqasında 10-cu tura start verilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.
Turun açılış qarşılaşmasında “Trabzonspor” “Ankaragücü”nün qonağı olub. Görüşdə Trabzon təmsilçisi minimal hesabla rəqibinə qalib gəlib - 1:0.
Bu nəticədən sonra "Trabzonspor" komandası 12 xalla 12-ci, "Ankaragücü" 2 xalla sonuncu - 21-ci pillədə qərarlaşıb.
Turnir cədvəlinə 20 xalla "Alanyaspor" başçılıq edir. "Fənərbağça" 20 xalla ikinci, "Qalatasaray" 17 xalla 3-cüdür.
Turun növbəti oyunları noyabrın 28, 29 və 30-da keçiriləcək.