Türkiyənin “Fənərbağça” klubu Vətən müharibəsində şəhid olan Niyamin Niftalızadəni yad edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İstanbul təmsilçisi bununla bağlı rəsmi saytı vasitəsilə məlumat yayıb.
Klub “Fənərbağça” azarkeşi olan Niftalızadəyə Allahdan rəhmət diləyib: “Azərbaycanla Ermənistan arasındakı döyüşlərdə şəhid olan azərbaycanlı azarkeşimiz Niyamin Niftalızadənin məzarına “Fənərbağça” forması və “sarı-lacivərdli” əklil qoyulub. Azərbaycan ordusunda vəzifə başında olarkən şəhid olan Niyamin Niftalızadəyə Allahdan rəhmət, yaxınlarına və Azərbaycan xalqına başsağlığı veririk”.
Qeyd edək ki, Vətən müharibəsində şəhid olan digər qəhrəmanımız Fərid Dursunovun vəsiyyəti ilə məzarı üzərində “Qalatasaray” bayrağı dalğalandırılıb. “Qalatasaray” rəhbərliyi də buna biganə qalmayaraq, şəhidin atası ilə əlaqə saxlayıb.