"Qarabağ"ın futbolçuları Ağdamdakı Cümə məscidində namaz qılıb

A- A A+

"Qarabağ" klubu bu gün təmsil etdiyi Ağdam şəhərinə səfər edib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, səfərdə klub rəhbərliyi ilə yanaşı məşqçilər və futbolçular yer alıb.

Komanda üzvləri Ağdamdakı Cümə məscidində namaz qılıb.

Qeyd edək ki, legioner futbolçular da Ağdam şəhərinə aparılıb.

Xatırladaq ki, Ağdam noyabrın 20-i işğaldan azad olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: