Futzal üzrə UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edən “Araz” mübarizəni dayandırıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təmsilçimiz noyabrın 28-də ilkin mərhələ çərçivəsində Yunanıstan çempionu AEK-lə qarşılaşıb.
Oyunun əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatıb. “Araz”ın heyətində Rizvan Fərzəliyev, İsa Atayev və Ramiz Çovdarov fərqlənib.
Penalti seriyasında 4:3 hesabı ilə qalib gələn AEK növbəti mərhələyə vəsiqə qazanıb.