Türkiyə Superliqasının 10-cu turunda İstanbul derbisi keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, üçüncü oyun günündə “Beşiktaş” səfərdə “Fənərbağça”nın qonağı olub. Gərgin keçən qarşılaşmada qapılara 7 qol vurulub. "Beşiktaş"ın qollarını Vinsent Aboubakar (4, 20), Necip Uysal (54) və Fabrike Nsakala (88) vurub. Meydan sahiblərinin heyətində isə Papis Demba Sisse (34) və Ozan Tufan (68, 90) fərqlənib.
Beləliklə, "Beşiktaş" İstanbul derbisində "Fənərbağça"nı 4:3 hesabı ilə məğlub edib.
Günün digər oyununda "Kasımpaşa" doğma divarlar arasında "Gənclərbirliyi"nin qapısından iki cavabsız top keçirib. "Konyaspor" isə səfərdə "Alanyaspor"a minimal hesabla uduzub - 0:1. "Ərzurumspor" - "Antalyaspor" görüşü isə 2:2 hesablı heç-heçə ilə bitib.
Turnir cədvəlinə 23 xalla "Alanyaspor" başçılıq edir. "Qalatasaray" 20 xalla ikinci, eyni xala malik olan "Fənərbağça" üçüncüdür.
Tura noyabrın 30-da yekun vurulacaq.