“Napoli”nin ev oyunlarını keçirdiyi stadionun adı dəyişdirilib

A- A A+

İtaliyanın “Napoli” futbol klubunun ev oyunlarını keçirdiyi “Stadio San Paolo” stadionunun adı dəyişdirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, stadionun adı bir neçə gün əvvəl vəfat edən Dieqo Maradonanın şərəfinə “Stadio Dieqo Armando Maradona” adlandırılıb.

Maradona 1984-1991-ci illərdə “Napoli”də forma geyinib.

Qeyd edək ki, argentinalı mərhum futbolçu noyabrın 25-də ürəktutmasından vəfat edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: