“Keşlə” klubu Avropa Liqasında Malta "Baltsan"ı ilə I təsnifat mərhələsinin cavab matçına çıxıb.
NUHÇIXAN xəbər verir ki, “Dalğa Arena”da keçirilən oyun ”Keşlə”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Səfərdə baş tutan ilk görüşdə 1:4 hesabı ilə məğlub olan paytaxt təmsilçisi Avropa Liqasındakı mübarizəni dayandırıb.
Qeyd edək ki, Maltanın “Baltsan” klubu Avropa Liqasının II təsnifat mərhələsində Slovakiyanın “Slovan” komandası ilə qarşılaşacaq.