UEFA Avropa Liqası: “Neftçi” klubu “Uypeşt” ilə səfər matçına çıxıb

A- A A+

İyulun 19-da futbol üzrə UEFA Avropa Liqasının birinci seçmə mərhələsinin cavab oyunları çərçivəsində “Neftçi” klubu səfərdə Macarıstanın “Uypeşt” komandası ilə qarşılaşır.

NUHÇIXAN xəbər verir ki, “Ferenc Susa” stadionunda keçirilən oyunda “Neftçi”nin start heyətində Səlahət Ağayev, Anton Krivatuk, Qoran Paraçki, Baqali Dabo, Dario Federiko, Ruslan Abışev, Rəhman Hacıyev, Məhəmməd Mirzəbəyov, Kiril Petrov, Slavko Baliç, Soni Müstivar yer alıblar.

“Uypeşt” komandasının heyətində isə meydana Filip Payoviç, Robert Litauski, Obina Nvobodo, Donat Joter, Alasan Dialo, Boyan Sankoviç, Miyuşka Boyoviç, Daniyel Bod, Branko Pauleviç, Cenan Burekoviç, Şomo Novotnı çıxıblar.

Oyunu yunanıstanlı hakimlər briqadası idarə edir. Referi Yoannis Papadopoulos, yan xətt hakimləri Trifon Petropoulos və Vasilios Kampourisdur. Dördüncü hakim funksiyasını Aqelos Evanqelou yerinə yetirir.

Xatırladaq ki, “Neftçi” klubu doğma meydanda “Uypeşt” komandasına 3:1 hesabı ilə qalib gəlib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: