Kriştiano Ronaldo UEFA Çempionlar Liqasının tarixində yeni rekord müəyyənləşdirib

199

İtaliyanın “Yuventus” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 35 yaşlı hücumçu qitənin ən nüfuzlu futbol turnirinin beşinci turunda “Dinamo Kiyev” ilə matçda (3:0) fərqlənərək yeni rekord müəyyənləşdirib. Belə ki, K.Ronaldo UEFA Çempionlar Liqasının ev oyunlarında vurduğu qolların sayını 71-ə çatdırıb və bu göstərici üzrə “Barselona”nın kapitanı Lionel Messini (70 qol ) geridə qoyub.

Həmin görüşdə portuqaliyalı hücumçu həm də karyerasında 750-ci qolu vurub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: