Olimpiya halqaları Tokio körfəzinə gətirilib

A- A A+

Olimpiya Oyunlarının əsas rəmzlərindən olan Olimpiya halqaları Yaponiyanın paytaxtı Tokionun mərkəzində yerləşdirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Tokio körfəzində quraşdırılmış göy, sarı, qara, yaşıl və qırmızı rəngli beş halqadan ibarət kompozisiya Olimpiya Oyunları başa çatana qədər burada qalacaq.

Xatırladaq ki, Tokio Olimpiadası bu il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə, yarışlar bir il təxirə salınıb. Buna baxmayaraq, Olimpiada “Tokio-2020” adı ilə keçiriləcək.

Tokio Oyunlarının təşkilat komitəsinin iyunda qəbul etdiyi qərara əsasən, gələn il yarışlar üç əsas prinsipə uyğun olaraq təşkil ediləcək: təhlükəsiz şəraitin yaradılması, xərclərin minimuma endirilməsi və Oyunların formatının sadələşdirilməsi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: