UEFA Avropa Liqası: “Milan” və “Tottenhem” növbəti mərhələyə yüksəlib

A- A A+

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində V tura start verilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, başa çatan 12 oyundan sonra daha 7 komanda səkkizdəbir final mərhələsinə vəsiqə qazanıb.

Növbəti mərhələyə vaxtından əvvəl “Milan”, “Braqa”, “Lill”, “Tottenhem”, “Antverpen”, “Dinamo” və “Srvena Zvezda” pley-offa vəsiqə qazanıblar.
Günün digər erkən başlayan görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

G qrupu
AEK (Yunanıstan) - “Braqa” (Portuqaliya) - 2:4;
“Zarya” (Ukrayna) - “Lester” (İngiltərə) - 1:0.

Xal durumu: “Lester” - 10, “Braqa” - 10, “Zarya” - 6, AEK - 3

H qrupu
“Lill” (Fransa) - “Sparta” (Praqa, Çexiya) - 2:1;
“Milan” (İtaliya) - “Seltik” (Şotlandiya) - 4:2.

Xal durumu: “Lill” - 11, “Milan”- 10, “Sparta” - 6, “Seltik” - 1

I qrupu
“Qarabağ” (Azərbaycan) - “Makkabi” (Təl-Əviv, İsrail) - 1:1;
“Sivasspor” (Türkiyə) - “Villarreal” (İspaniya) - 0:1.

Xal durumu: “Villarreal” - 13, “Makkabi” - 8, “Sivasspor” - 6, “Qarabağ” - 1

J qrupu
LASK (Avstriya) - “Tottenhem” (İngiltərə) - 3:3;
“Antverpen” (Belçika) - “Lüdoqorets” (Bolqarıstan) - 3:1.

Xal durumu: “Antverpen” - 12, “Tottenhem” - 10, LASK - 7, “Lüdoqorets” - 0

K qrupu
MOİK (Moskva, Rusiya) - “Volfsberq” (Avstriya) – 0:1;
“Feyenoord” (Niderland) - “Dinamo” (Zaqreb, Xorvatiya) - 0:2.

Xal durumu: “Dinamo” - 11, “Volfsberq” - 7, “Feyenoord” - 5, MOİK - 3

L qrupu
“Gent” (Belçika) - “Slovan” (Liberec, Çexiya) - 1:2;
“Srvena Zvezda” (Serbiya) - “Hoffenhaym” (Almaniya) - 0:0.

Xal durumu: “Hoffenhaym” - 13, “Srvena Zvezda” - 10, “Slovan” - 6, “Gent” - 0.
Qeyd edək ki, daha əvvəl İtaliyanın “Roma”, İngiltərənin “Arsenal”, “Lester” və Almaniyanın “Hoffenhaym” komandaları növbəti mərhələyə yüksəliblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: