“Qarabağ Azərbaycandır!” onlayn beynəlxalq turnirdə 30-a yaxın ölkədən şahmatçılar iştirak edəcəklər

A- A A+

Dekabrın 5-7-də keçiriləcək “Qarabağ Azərbaycandır!” onlayn beynəlxalq şahmat turnirində iştirak etmək üçün indiyədək 30-a yaxın ölkə qeydiyyatdan keçib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 17 yaşadək şahmatçılar arasında keçiriləcək yarışda Azərbaycanla yanaşı, Rusiya, Hindistan, Qazaxıstan kimi şahmat ölkələrinin güclü oyunçuları mübarizə aparacaqlar. İndiyədək, artıq 126 şahmatçı yarışda iştirakını təsdiqləyib.

Qeyd edək ki, yarış seçmə və final olmaqla iki mərhələdən ibarət olacaq. Seçmə mərhələdə Azərbaycanın məktəbli şahmatçılarından 50, digər ölkələrin hər birindən isə 10 şahmatçı iştirak edəcək. Bu mərhələ üzrə ilk 30 yeri tutmuş şahmatçılar finala vəsiqə qazanacaqlar. Beynəlxalq reytinqi 2400-dən yuxarı olan şahmatçılar birbaşa final mərhələsində iştirak hüququ qazanacaqlar.

Turnirin “YouTube” vasitəsilə birbaşa yayımlanması nəzərdə tutulub. Yarışın əsasnaməsinə uyğun olaraq, qaliblərə diplom və pul mükafatı təqdim olunacaq.

“Qarabağ Azərbaycandır!” onlayn turnirinin keçirilməsində məqsəd Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasının qeyd edilməsi, dünyada koronavirus (COVID-19) pandemiyasının geniş yayılması ilə əlaqədar tətbiq olunan karantin dövründə məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, müasir texnologiyalardan istifadə etməklə şahmatçıların yarış təcrübələrinin artırılmasından ibarətdir.

Turnir “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı, Təhsil Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə təşkil olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: