Dekabrın 4-da futbol üzrə Türkiyə çempionatının XI turunun birinci gününün qarşılaşmasında “Beşiktaş” doğma meydanda “Kasımpaşa”nı qəbul edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, gərgin keçən görüşdə meydan sahibləri rəqibin qapısından üç cavabsız qol keçiriblər. “Beşiktaş”ın qollarını Bernard Mensah (45), Atiba Hatçinson (69) və Vinsent Abubakar (75) vurublar.
Beləliklə, “Beşiktaş” ötən həftə səfərdə əzəli rəqibi “Fənərbağça”nı məğlub etdikdən sonra daha bir İstanbul klubu üzərində qələbə qazanıb.
Hazırda turnir cədvəlinə 23 xalla “Alanyaspor” başçılıq edir, 20 xalı olan “Qalatasaray” ikinci, eyni xala malik “Fənərbağça” isə üçüncü pillədə qərarlaşıb.