İtaliyanın "Napoli" klubuna məxsus stadionun adı dəyişdirilib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, arena komandanın sabiq kapitanı Dieqo Maradonanın şərəfinə "Dieqo Armando Maradona" stadionu adlandırılıb. Bununla bağlı qərarı Neapoli şəhərinin rəhbərliyi qəbul edib. Sorğuda yerli bələdiyyənin bütün üzvləri dəyişikliyin lehinə səs veriblər. "Napoli" növbəti ev oyununu dekabrın 12-də İtaliya A Seriyasının 11-ci turu çərçivəsində "Sampdoriya"ya qarşı keçirəcək.
Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də ürəktutmasından dünyasını dəyişib. Argentinalı əfsanəvi futbolçu 1984 -1991-ci illərdə "Napoli"də çıxış edib.