Türkiyə Superliqası: "Qalatasaray" qalib gəlib, "Alanyaspor" isə məğlub olub

A- A A+

Dekabrın 5-da futbol üzrə Türkiyə çempionatının XI turunun ikinci gün qarşılaşmasında "Qalatasaray" doğma meydanda "Hatayspor"u qəbul edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, gərgin keçən görüşdə hesabı meydan sahibləri rəqibin qapısından üç cavabsız qol keçirib. İstanbul təmsilçisinin qollarını Mbaye Caqne (32), Pablo (64 öz qapısına) və Məhəmməd Aktürkoğlu (90+2) vurub.

Günün digər matçlarında isə "Gənclərbirliyi" doğma meydanda lider "Alanyaspor"u 2:1 hesabı ilə məğlub edib. "Ərzurumspor" isə səfərdə "Konyaspor"a iki cavabsız qolla uduzub. "Göztəpə" - "Kayserispor" və "Yeni Malatyaspor" - "Başakşəhər" matçları 1:1 hesablı bərabərliklə bitib.

Hazırda çempionatın turnir cədvəlinə 23 xalla "Alanyaspor" başçılıq edir. Onunla eyni xala malik olan "Qalatasaray" ikinci, 20 xal toplayan "Fənərbağça" isə üçüncü pillədə qərarlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: