Dekabrın 5-də futbol üzrə İngiltərə Premyer Liqasının 11-ci turunun oyunlarına start verilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Mançester Siti” klubu “Etihad” stadionunda “Fulhem” komandasını qəbul edib.
Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
“Şəhərlilər”in heyətində Sterlinq və Kevin De Brüyne fərqləniblər.
Bu qələbədən sonra xal ehtiyatını 18-ə çatdıran “Mançester Siti” turnir cədvəlində 5-ci yerə yüksəlib. “Fulhem” isə 7 xalla 17-ci yerdə qərarlaşıb.
Bu şəhərin digər təmsilçisi “Mançester Yunayted” isə səfərdə “Vest Ham Yunayted” komandasının qonağı olub.
Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun açılış gününün digər görüşündə “Börnli” klubu “Everton” komandasını qəbul edib.
Həmin oyunda qalib müəyyənləşməyib - 1:1.